Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışmışdır. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa, belə bir missiyanı öz ərazisində qəbul etməlidir.
Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilir.
Açıqlamada, həmçinin deyilir: “İcma Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir”.