Gürcüstan Azərbaycan və Ermənistan arasında sülhə kömək etməyə hazırdır

post-img

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Görüşdə regionda baş verən cari hadisələr də müzakirə olunub.

Şalva Papuaşvili Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə edilməsinin vacibliyini önə çəkib. O qeyd edib ki, Gürcüstan regional sülhü təşviq etməyə hər zaman hazırdır. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət