Gənclər Təşkilatları Milli Şurasının XX hesabat-seçki qurultayı keçirilib

post-img

Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) XX hesabat-seçki qurultayı keçirilib. Qurultay öz işinə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra NAYORA sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək, son 3 ildə həyata keçirilmiş fəaliyyətlərin məcmusunu təqdim edib. 

Qeyd edək ki, qurultay rəsmilərin çıxışları ilə davam edib. Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki rolundan, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. 

Daha sonra Azərbaycan Gənclər Fondunun İcraçı direktor vəzifəsinin icraçısı Qədir Xəlilov, həmçinin Milli Məclisin deputatları Arzu Nağıyev və Bəhruz Məhərrəmov da çıxış ediblər.

Səsvermənin nəticəsi olaraq NAYORA-nın sədri, sədr müavinləri, İdarə Heyəti və MNTK üzvləri müəyyənləşib.

Rizvan FİKRƏTOĞLU

XQ



Son xəbərlər