Fransızdilli KİV-lər Azərbaycan Prezidentinin Fransa ilə bağlı fikirlərinə geniş yer ayırıb

post-img

Fransa, Kanada və İsveçrə mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində səsləndirdiyi fikirlərlə bağlı silsilə məqalələr dərc olunub.

Məqalələrdə Azərbaycan Prezidentinin Fransanı Qafqazda yeni müharibələrə zəmin yaratmaqda ittiham etdiyi vurğulanıb. Dövlətimizin başçısının müraciətindən bu fikirlər sitat kimi gətirilib: “Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”. Qeyd edilib ki, beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış müraciətdə Fransanın Qafqazda dağıdıcı rolu pislənilib, Parisin dəstəyinin Ermənistan hökumətində Azərbaycana növbəti hərbi təcavüz illuziyalarının yaratdığı diqqətə çatdırılıb.

 
Şəhla Ağalarova 

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Siyasət