İrəvan Bakının sülh sazişi ilə bağlı təkliflərinə cavab verib

post-img

Erməni tərəfi sülh sazişi üzrə altıncı təkliflərini Azərbaycana göndərib. Bu barədə erməni mətbuatı ölkənin Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi barədə açıq bəyanatından sonra Ermənistan tərəfi sazişin altıncı təkliflərini Azərbaycan tərəfinə təqdim edib”, - XİN-dən bildiriblər. 

Qeyd olunur ki, “Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədin bağlanması və imzalanmasına sadiq qalır”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət