Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur

post-img

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclasındakı çıxışında Azərbaycana qarşı növbəti dəfə böhtan atmasını və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etməsini şərh edib.

"Qərbi Azərbaycan" ifadəsinə gəlincə qeyd edək ki, bu, tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır.

Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa N.Paşinyanın gəlişigözəl sözləri ilə, yalandan özünə “demokrat” imici yaratmaqla deyil, səmimi addımlarla nail olmaq olar. Bu xüsusda, N.Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və Qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik.

XQ

 

Siyasət