Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik mesajı paylaşıb

post-img

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.

Təbrik mesajı nazirliyin rəsmi sosial media hesablarında yayımlanıb.

Azərbaycanın Dövlət Himninin sözlərinin yer aldığı paylaşımda deyilir:

“Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan!

Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan!

Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü təbrik edir, qardaşlarımızı ən səmimi hisslərimizlə salamlayırıq”.

Mesaj #TekMilletİkiDevlet haştaqı ilə yayımlanıb.

Siyasət