Orban Aİ-nin Ukraynaya əlavə maliyyə ayırmasını uğursuz hesab edir

post-img

Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Rusiya ilə münaqişəni davam etdirmək üçün Ukraynaya əlavə maliyyə ayırmaq planlarını uğursuz adlandırıb. O, bunu Türk Dövlətləri Təşkilatının Astanada keçirilən sammitində çıxışı zamanı deyib. Məlumatı “İnterfaks.ru” yayıb. 

Orban bildirib: “İndiyə qədər həyata keçirilən Avropa strategiyası tamamilə uğursuzluqdur. Avropa Ukraynanın mübarizəni davam etdirməsini istəyir, onlar maliyyə və silah verəcək, Ukraynanın qalib gələcəyini, Rusiyanın uduzacağını düşünürlər. (...) Amma təbii ki, "bu, uğursuz bir plandır”.

"Bəzi ölkələr deyir: gəlin indi gördüyümüz işi davam etdirək. İndi Ukraynaya 50 milyard avro ayırmaq ideyası var. Bu, Avropa ölkələrinin əksəriyyətinin əvvəlki strategiyaya inandığına işarə olacaq: uğursuzluq, uğursuzluğa baxmayaraq, onu davam etdirmək və daha çox pul ayırmaq lazımdır. İndi də bu müzakirə Aİ daxilində çoxlu mübahisələrə səbəb olur və bu, daha bir-iki ay davam edəcək”.

Orbanın sözlərinə görə, Macarıstan “B” planını dəstəkləyir, biz sülhə çağırırıq, Ukrayna üçün qaneedici və Rusiya üçün məqbul olacaq yeni təhlükəsizlik infrastrukturunun qurulmasına çağırırıq”.

P.ƏMİRCANOV

XQ

Siyasət