Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək zirvədədir

post-img

Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi İctimai Birliyi Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibəti ilə təbrik bəyanatı yayıb. Təbrikdə deyilir:

"Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək zirvədədir və bu zirvədən Azərbaycan-Türkiyə bayraqları dalğalanır. 

Beynəlxalq Diaspor Mərkəzi İctimai Birliyi olaraq bildiririk ki, bir əsrdən artıq Azərbaycan türklərinə qarşı ermənilərin apardığı məkrli siyasətin nəticəsində Azərbaycan xalqı «Soyqırım və Deportasiyalar» ağrı-acısını yaşamışdır. Məhz,  belə tarixi faciələri bütün dünyaya yaymaq, çatdırmaq missiyasını qarşısına məqsəd qoyan Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, qaçqınlıq həyatı yaşamasına məcbur olması ilə bağlı beynəlxalq tədbirlərin bir hissəsini qardaş Türkiyə Respublikasında- İğdırda, Ağrıda, Qarsda, Vanda, Ərzurumda, Çanaqqalada keçirərək, haqq səsini bütün dünyaya bəyan etmişdir.Həmin tədbirlərdə Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi Qərbi Azərbaycan türklərinin deportasiya olunduğu tarixi mərhələlərdə İğdırlıların göstərdiyi fədakarlığından, onların problemlərinə öz acıları kimi münasibət göstərməsindən hər zaman qardaşlıq dəstəyini görmüşük. Bu mənada, qardaş Türkiyə Respublikasında keçirdiyimiz bütün tədbirlər ən yüksək səviyyədə qarşılanmış və dəstəklənmişdir.

Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün xatirəsini hörmətlə yad edir və onun ruhu qarşısında baş əyirik. Azərbaycan-Türkiyə qardaşlığının zirvəsində bundan sonra da böyük uğurlar  qazanacağımıza əminik.

Beynəlxalq Diaspor Mərkəzi İctimai Birliyi olaraq, Türkiyə Cümhuriyyətinin 100 illik yubiley tədbirlərini nəinki Azərbaycanda, eləcədə Türkiyədə dəstəkləyir və qardaş töhfəsi olaraq, Mərkəzimiz xüsusi proqramlar hazırlayıb.

Azərbaycan-Türkiyə qardaşlığının zirvəsinə hər zaman əməli işlərimizlə dəstək olacağıq!"

 

 

Siyasət