Prezident İlham Əliyev xalqımızın, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi

post-img

Prezident İlham Əliyev Ulu Öndərin müəllifi olduğu və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə oktyabrın 14-də Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı deyib.

Azərbaycan Prezidentinin “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir” fikrini diqqətə çatdıran Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir. Məhz onun ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi.

Siyasət