AŞPA-nın Qarabağla bağlı qətnaməsi Avropa Şurasının Azərbaycana ədalətsiz yanaşmasının növbəti təzahürüdür – BƏYANAT

post-img

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) tərəfindən oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanaraq qəbul edilən qətnamə və tövsiyə sənədi, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür.

Bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin qəbul edilən sənədlərlə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, bu sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb.

Siyasət