Tarixi Zəfərimizin memarı

post-img

Türk dünyasında Yeni əsrin liderlərindən olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Həqiqətən, ötən illərə və hazırda dayandığımız nöqtəyə nəzər salsaq, görərik ki, İlham Əliyevin liderliyi ilə Azərbaycan möhtəşəm uğurlar qazanmış, Yaxın və Orta Şərqin, bütün postsovet məkanının ən nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

1993-cü ilin ortalarında – Heydər Əliyev siyasi rəhbər­liyə qayıtdığı dövrdə dövlət müstəqilliyini itirmək, parçalan­maq təhlükəsi ilə üzbəüz olan müstəqil Azərbaycan Respubli­kası Ulu öndərin zəngin idarəet­mə təcrübəsi və qətiyyəti sayə­sində yeni inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol ol­duğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seç­kilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə rəhbər seç­di. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qə­tiyyətli və milli maraqlara söy­kənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəti­cələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seç­kilərində də İlham Əliyev yeni­dən inamlı qələbə qazandı.

Əsrə bərabər 20 ilin zirvə­sində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müha­ribəsindəki qəti qələbəmiz və son anti-terror tədbirləri nəticə­sində erməni separatçılarının tam tərk-silah edilməsi, onla­rın nəzarətində olan Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd şəhərlərinin azad edilməsi və əli Azərbaycan xalqının qanına batmış terrorçu liderlərin həbs olunaraq Bakıya gətirilməsi da­yanır. Mübaliğəsiz demək olar ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəh­bərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqı­mız müzəffər xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni geostrateji reallıqlar yarandı.

Tarixə nəzər salsaq görərik ki, ötən son 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyəti­nin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möh­kəmləndirilməsi sahəsində nə qədər ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 or­dusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dün­yanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qa­rabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan təslimol­ma sənədinə imza atmağa məc­bur oldu. Beləliklə, BMT Təh­lükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. 

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyə­tini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. 

Qələbəni şərtləndirən mü­hüm amillərdən biri də Azər­baycan Prezidentinin diploma­tiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə döv­lətimizin başçısı İlham Əliyev xarici media vasitələrinə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıl­masında mühüm rol oynadı. Bu gün ölkəmiz yalnız regionun de­yil, eləcə də, dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisa­di, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. 

Əlbəttə, Vətən müharibə­sində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğur­larla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əli­yevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qə­dər güclü olmayıb. Ötən 20 il ər­zində ölkə rəhbəri xalqa verdiyi bütün vədləri yerinə yetirib. 

Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafı­na müşahidə edilib, insanların sosial-rifah halı daha da yaxşı­laşıb, siyasi və hərbi reytinqimiz bütün dünyada nəzərəçarpacaq dərəcədə artıb. Təkcə iqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çat­dırmaqla ötən 20 ildə ölkə iqti­sadiyyatının nə qədər artdığını qeyd etmək olar. Belə ki, yox­sulluğun minimuma endirilmə­sini, 2 milyondan çox yeni iş yerlərinin açılması, əməkhaq­ları və pensiyaların dəfələrlə artırılması, hər şeydən öncə, azad edilən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında abad­lıq-quruculuq işlərinin fövqəla­də sürətlə aparıldığını bildirmək kifayətdir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyala­rı tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrast­ruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Fü­zuli aeroportu artıq təyyarələri qəbul etməyə hazırdır, Şuşaya gedən Zəfər yolunun tikintisi ta­mamlanmaq üzrədir. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. Dövlət başçımız haqlı olaraq vurğulayır ki, Qara­bağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər mak­simum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. İndi bu proses sürətlə aparılır.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir sıra transmil­li layihələrin təşəbbüskarı və uğurlu icraçısı, həmçinin, eti­barlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avro­paya çatdıran Cənub Qaz Dəhli­zi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şi­mal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri... ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Azərbaycan bu gün dünya­nın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peyk­ləri orbitdə uğurla fəaliyyət göstərir.

Prezident İlham Əliyev döv­lət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstəril­məsi istiqamətində layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini – “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar.

Son 20 il ərzində Azərbay­can dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqə­sinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula 1" yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa evsahibliyi edib.

Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünya­da mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkə­miz BMT Təhlükəsizlik Şura­sının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qo­şulmama Hərəkatına uğurla sədrlik edir. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Beləliklə, ötən 20 ildə Azər­baycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz hə­mişə böyük fəxrlə qeyd edir ki, ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siya­si mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı etimadın nəticəsidir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ürə­yini fəth etməyi, özünə əbədi hörmət qazanmağı və verdiyi qərarlar, atdığı misligörünməmiş addımları ilə Vətənini dünyanın sayılıb-seçilən məmləkətlərin­dən birinə çevirməyi bacarmış­dır. Tam əminliklə demək olar ki, dövlət başçısı kimi cənab İlham Əliyevin qərarlarının ölkəmizi bundan sonra da öz arxasın­ca zirvədən-zirvəyə, qələbə­dən-qələbəyə aparacağı heç kəsdə şübhə doğurmur. 

Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini



Siyasət