Erməni analitik: Ermənistan hansı istiqaməti seçəcəyini bilmir

post-img

“Ermənistan hər addımı ilə Rusiyanı tərk etdiyini təkcə ikitərəfli münasibətlərdən deyil, həm də Rusiyanın yaratdığı çoxtərəfli platformalarda nümayiş etdirir. Hamı başa düşür ki, MDB institusional işçi strukturu deyil, hətta Moskva və Vaşinqtonda belə nümayişkaranə addımlar qəbul edilir”.

Bu fikirləri Ermənistanın“Hraparak” nəşrinə tarix elmləri namizədi, analitik Sergey Melkonyan İrəvanın anti-Rusiya siyasətini şərh edərkən deyib.

“Maraqlıdır ki, hətta Azərbaycan belə kəskin addımlar atmır, çünki Azərbaycanın özünün xarici siyasət strategiyası var və həm Qərbə, həm də Rusiyaya yönəlik bütün addımları bu strategiyaya əsaslanır. Azərbaycan başa düşür ki, regionun bütün güc mərkəzləri ilə əməkdaşlıq etmək lazımdır. Amma Ermənistanın bugünkü xarici siyasət strategiyasından danışmaq mənasızdır - bütün bunlar situasiya xarakterli addımlardır. Ermənistan hər cür yolla kollektiv Qərblə yaxınlaşmağa çalışır və bununla da bizim maraqlarımıza zidd olan, lakin Qərbin maraqlarından irəli gələn qətiyyətli addımlar atmağa hazır olduğunu göstərir.

Görünən odur ki, Ermənistanın yürütdüyü yel dəyirmanı siyasəti yaxşı heç nəyi nəzərdə tutmur: bizim hökumətin dəqiq oriyentasiyası yoxdur, onun sabit müttəfiqləri yoxdur, hansı yolu seçəcəyini, hansı istiqamətdə hərəkət edəcəyini bilmir”, - deyə Sergey Melkonyan bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət