Kreml: Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir

post-img

Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisi olduğundan buradakı rus sülhməramlılarının məsələsi İrəvanla müzakirə olunmayıb.

“Caliber” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində bu ölkənin baş naziri Nikol Paşinyan bildirmişdi ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində qalması təkcə Ermənistandan asılı deyil. Eyni zamanda, Paşinyan sülhməramlıların Azərbaycandan çıxarılacağı təqdirdə Ermənistana deyil, Rusiyaya qayıtmasını təklif edib. 

Rusiya sülhməramlı kontingenti Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalması sənədin imzalandığı tarixdən etibarən 5 il müddətinə müəyyən edilmişdir. Əgər tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış ərizəyə xitam vermək niyyətini bildirməzsə, bu müddət daha 5 il uzadılacaq. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət