Paşinyan: Yaxın üç ayda sülh müqaviləsi imzalana bilər

post-img

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bəyan edib ki, Avropa İttifaqı Ermənistanla münasibətləri dərinləşdirmək istəyir. Məlumatı “İnterfaks.ru” verib. 

Onun sözlərinə görə, bununla bağlı Qranadada bəyanat qəbul olunub, sənəddə Cənubi Qafqazda sülh yaradılmasının vacib müddəaları qeyd edilib: “Avropa İttifaqı Ermənistanla münasibətləri o qədər dərinləşdirmək istəyir ki, bunu nə qədər Ermənistan istəyir, yaxud bizim tələblərimizə uyğun gəldiyi qədər”.

Bundan əlavə, Paşinyan deyib ki, Bakı və İrəvan Brüsseldə görüşə ilkin razılıq verib. Onun fikrincə, əgər bu iki ölkə orada bir-birinin ərazi bütövlüyünü tanımaq haqda sənəd imzalasa və qalan məsələlər üzrə razılaşsa, yaxın üç ayda sülh müqaviləsinin imzalanması 70 faiz mümkündür. 

Paşa ƏMİRCANOV
XQ

Siyasət