Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bəyan edib ki, Azərbaycan səkkiz kəndin məsələsini qaldırır. Məlumatı “İnterfaks.ru” verib.
Paşinyan deyib: “Azərbaycan səkkiz kəndin məsələsini qaldırır, deyirik ki, bizim də səkkiz kənd problemimiz var. Bizim də Tauş regionunda Azərbaycan tərəfindən işğal olunmuş ərazilərimiz var: Berkaber, Ayqeovit, Vazaşen, Paravakar (?-red.) və sair. Anklavlardan söhbət gedəndə bura 29 800 kvadratkilometr hissəmizə daxil olan Arşaven (?-red.) də var”.
O bəyan edib ki, heç bir erməni rəhbəri bunlardan imtina etməz.
Paşa ƏMİRCANOV
XQ