Ruben Vardanyanın “sandığı açılsa...”

post-img

Avropa Parlamenti, Karnegi Fondu və ABŞ Konqresi... görəsən, Azərbaycandan üzr istəyəcəklərmi? 

Əslində, bizim belə bir üzrxahlığa ehti­yacımız da yoxdur. Çünki beynəlxalq aləm­dən alacağımızı almışıq. Həm mənfi, həm də müsbət mənada. Bizə bədxahlıq edənlərin də əməllərini görmüşük, dostluq, tərəfdaşlıq edənlərin də. 

Ən başlıcası isə, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının qarşısına qoyduğu mühüm vəzifələri yük­sək səviyyədə yerinə yetirmişik. Həmin və­zifələr Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, respublikamızın bey­nəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsi, ərazi bütövlüyümüzün bərpası və bütün ərazilərimizdə suverenliyin təmin olunması idi.

Yəni indi “kimin kimlə cükküldəş­məsi”nin, hansı “siyasətçinin” neçə “ələ işləməsi”nin, hansı diplomatın “neçə üzünün olması”nın bizim üçün o qədər də əhəmiyyəti yoxdur. An­caq elə məsələlər var ki, onların icti­mailəşdirilməsi mütərəqqi bəşəriyyət, xoşməramlı siyasətçilər, sülhpərvər insanlar qarşısında xidmət sayılır. Biz bu xidmətdən özümüzü heç zaman kənara çəkməmişik. 

Rusiyada oturub dünyanın, demək olar ki, bütün qütblərinə casusluq edən, hətta Moskva ilə açıq düşmən­çilikdən çəkinməyən siyasi dairələrlə işbirliyi quran, son nəticədə – işlərin xarablaşdığını görəndə Rusiya vətən­daşlığından çıxıb Azərbaycan ərazi­sinə dürtülən Ruben Vardanyanın “ay­dan arı – sudan duru” tərcümeyi - halı ilə tanış olan bəzi ekspertlər deyirlər ki, onun Rusiya vətəndaşlığından im­tinası inandırıcı deyil, sadəcə, həmin ölkədən qovulub. Halbuki Vardanyan Xandəndiyə gələndə deyirdilər ki, o, Rusiyanın agentidir. Azərbaycanın xü­susi xidmət orqanları onu qulaqlayıb layiq olduğu yerə gətirəndə Moskvanın nümayiş etdirdiyi biganəlik isə həmin ehtimalın yalan olduğunu sübut etdi. 

Hər halda, Ruben Vardanyan Mos­kvanın olmasa da, çox ünvanların agenti, casusu, bir çox bədməramlı qurumların iş ortağı, terrorçu və təx­ribatçılara dəstək verən, ən başlıcası, Qarabağda yaşayan ermənilərə ağ­lagəlməz dərəcədə ziyan vurmuş bir “zat”dır. O, Azərbaycanın Qarabağ iq­tisadi rayonundakı təbii sərvətlərin ta­lan edilməsi ilə məşğul olan Fransa və digər ölkələrin şirkətlərinin qazancına şərik olmaq üçün Qarabağa gəlmişdi. Yoxsa o qədər pul sahibinin başı bəlalı olan özgə torpaqlarında nə işi var idi? Rusiyadan qovulanda gedib İrəvanda oturardı da. 

Getmədi, Qarabağa gəldi və unut­du ki, Azərbaycanda bir “Gələrsən, görərsən...” deyimi var. Ruben Azər­baycana gəldi və gördü ki, “onun atı bu yerlərdə gedə bilməz”. Gəldiyinə it kimi peşman oldu...

Üstəlik, Qarabağa gələndən sonra xarici aləmdəki tərəfdaşları ilə münasi­bətləri də zibilə döndü. Belə ki, Azər­baycan tərəfi onun həm Rusiyadakı, həm də başqa ölkələrdəki tərəfdaşları ilə hansı oyunlardan çıxdığını yaxşı araşdırmış və olduqca mühüm faktlar ortaya çıxarmışdır.

Sən demə, o, beynəlxalq aləmdəki mənfi imicli siyasətçilərlə təmas qurur, təhrikçi jurnalistlərə məlumatlar ötü­rür, “hüquq müdafiəçiləri” ilə ünsiyyət qurur, “ekspert”lərin proqnozlarını is­tiqamətləndirir və ümumiyyətlə, bəşər övladının əlindən gələ biləcək bütün iyrəncliklərlə məşğul olurmuş. O, hətta Qərbdə açdığı maliyyə bazarı vasitə­silə bu və ya digər məsələlər üzrə lob­biçilik də edirmiş.

Bildirilir ki, yaxın vaxtlarda bey­nəlxalq ictimaiyyət Ruben Vardanya­nın müxtəlif ölkələrdəki əməkdaşlıqları barədə olduqca maraqlı məlumatlarla tanış olacaq. Məlum olacaq ki, Var­danyan xeyli müddət Karnegi Fondu ilə iş birliyində imiş. Halbuki Karne­gi Beynəlxalq Sülh Fondu deyilən bu qurum Kremlin ən qatı bədxahların­dandır. Bu fondun “xarakteristikası”nı dəqiq bilmək istəyənlərə xatırladaq ki, adı sülh fondu olan qurumun kəşfiyyat şöbəsi də var və həmin şöbə bilavasitə Rusiyanı ifşa etməklə məşğuldur.

Ona görə də bildirilir ki, Ruben Var­danyanın dosyesi və özünün “açdığı sandıq” ortaya çıxarkən çox ciddi bey­nəlxalq skandallar yaranacaq. Həmin skandallar isə tezliklə Avroparlamenti, ABŞ Konqresini, ABŞ Dövlət Depar­tamentini “silkələyəcək”. Hətta məlum olacaq ki, ABŞ Administrasiyasının mühüm fiqurlarından olan Samanta Pauer Ruben Vardanyanla əməkdaş­lıq edirmiş. Beynəlxalq aləmdə kimlər kimlərə işləyirmiş?

Həmin qarışıqlıqlardan ustalıqla, daha doğrusu, ermənicəsinə istifadə edən Ruben Vardanyan indi də rüs­vay olur. Bu isə Azərbaycan dövlətinin yaratdığı yeni reallıqların ən mühüm əlamətlərindən biridir. Çünki Azər­baycanın DTX-sı bir neçə dövlətə iş­ləyərək, hamısına xəyanət etmiş klas­sik erməni agentini ifşa etmişdir. 

Uğurlar sizə, bu möhtəşəm uğura imza atanlar!

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət