İşçi qrupu İsrailə hücumları pisləyib

post-img

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir: “Bu gün Qəz­za sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik. 

Azərbaycan-İsrail parlamentlərara­sı əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının ya­nındayıq”. 

XQ

Siyasət