Sülhməramlıların Əsgəranda daha bir məntəqəsi bağlandı

post-img

Rusiya sülhməramlıları kontingenti Əsgəranda müşahidə məntəqələrini bağlayıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi­nin məlumat bülletenində bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməram­lıları tərəfindən Qarabağdakı silahlı bir­ləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması başa çatıb. Oktyabrın 7-nə olan məlumata görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra ar­tilleriya qurğusu, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah, təxminən 66,1 milyon sursat təhvil verilib.

Rusiya Müdafiə Nazirliyinin bülle­tenində, həmçinin deyilir ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə post­ları tərəfindən təşkil edilib.

Son xəbərlər