Azərbaycanın həyata keçirdiyi tədbirlər ərazi bütövlüyünü bərpa etmək üçün idi. Azərbaycan öz suverenliyini tam bərpa edib.
“Mehr” informasiya agentliyi xəbər verir ki, bu sözləri İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Hüseyn Baqeri deyib. O bildirib: “Bizim Qafqazda iki qonşumuz var. Bunlardan biri Azərbaycan, digəri isə Ermənistandır. Biz bu dövlətlərin arasında sülhün olmasını istəyirik və bu istiqamətdə vasitəçi olmağa hazırıq”.
Tehrandakı Ali Hərbi Məktəbdə dərs ilinin başlaması münasibətilə çıxış edən general diqqətə çatdırıb ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb.
XQ