Oktyabrın 7-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) növbədənkənar Böyük Qurultayı keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1399 etibarlı səslə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.
Partiyanın 75 nəfərdən ibarət Mərkəzi Qərar və İdarə Heyəti də eyni səsvermə ilə müəyyənləşib.
Xatırladaq ki, Qurultayda qonaq qismində ölkəmizi Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
XQ