Azərbaycan və Serbiya bir-birini daim dəstəkləyir

post-img

“Azərbaycan ilə Serbiya arasında əlaqələr ən yüksək səviyyədədir. Bu, dövlətlərimizin başçıları arasındakı çox gözəl şəxsi münasibətlərdən, əməkdaşlıq, etibar və qarşılıqlı hörmətdən qaynaqlanır”.

Serbiya Respublikasının Milli As­sambleyasının sədri Vladimir Orliç Ba­kıda jurnalistlərə bu müsahibəsininin davamında söyləyib ki, bu dostluq və strateji tərəfdaşlığa əsaslanaraq, biz əsl dostlar kimi bir-birimizi daim dəstək­ləyirik: “Əhəmiyyətli hesab etdiyimiz məsələlərdə bir-birimizin yanındayıq. Serbiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstək­ləyir”.

Səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən böyük şərəf və məmnunluq hissi duyduğunu vurğu­layan qonaq bildirib ki, indiyədək çox gözəl əməkdaşlığımız mövcud olub: “İki ölkə arasında icra olunan layihələrin uğurla davam etdirilməsinə ümidvarıq. Hər iki ölkə BMT-nin Nizamnaməsində təsbit olunan beynəlxalq ictimai hüququ dəstəkləyir”. 

XQ

Siyasət