Bişkekdə Ulu öndər barədə yeni kitab

post-img

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar türk şair və tərcüməçi Yusif Aslanın “100 yaşın mübarek Haydar Aliyev” şeirlər kitabı türk dilində nəşr edilib. 

Bişkekdəki “Uluu Toolor” nəşriyyatında nəfis tərtibatla çap olunan topluda ümum­milli lider Heydər Əliyevin Vətənə, anaya, ataya, ağsaqqallara, qadınlara, uşaqlara münasibətini əks etdirən poeziya nümunələ­ri verilib. 

Bu kitab fondun Bişkekdə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar nəşr etdirdiyi səkkizinci topludur.

Xatırladırıq ki, bu fondun Azərbaycan həqiqətləri ilə bağlı Qırğızıstanda çap etdir­diyi 157-ci topludur. 

Onu da deyək ki, fondun çap etdirdiyi kitablar Mərkəzi Asiya ölkələrində pulsuz yayılır. 

 

Qulu KƏNGƏRLİ,
“Xalq qəzeti”nin xüsusi müxbiri

Bişkek

Son xəbərlər