Bu gün Qranada sammiti başlayıb

post-img

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları İspaniyanın Qranada şəhərində qeyri-formal görüşə toplaşıblar. Bu barədə “İnterfaks.ru” məlumat verib. 

Aİ Şurasının prezidenti Şarl Mişel bildirib ki, vacib əhəmiyyət kəsb edən sammit təşkilatın yeni kursunun kollektiv şəkildə müəyyənləşməsinə imkan verəcək, “onun istiqamətlərini və yaxın illər üçün məqsədlərini aydınlaşdıracaq”: “Bizim fikir mübadiləmiz nəticəsində 2024-2029-cu illərdə strateji gündəliyimizi formalaşdıracaq”.

Onun fikrincə, Qranada diskussiyası həm də Aİ-nin gələcəkdə genişlənməsi və bu prosesin doğuracağı nəticələrə baxmağa imkan verəcək. 

P.ƏMİRCANOV

XQ

 

Siyasət