Yasamal rayonu ərazisində gecə saatlarında minik avtomobili piyadanı vurub. 1988-ci il təvəllüdlü Tahir Zeynalov ağır xəsarət alaraq yerindəcə keçinib.
Məlumata görə, T.Zeynalov “Sabah kursları”nın müəllimi olub. O, gecə saatlarında yolun əks tərəfinə doğru keçən zaman avtomobil tərəfindən vurulub.
T.Zeynalov doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn olunub.
XQ