Fransa Azərbaycana qarşı sanksiyaların tərəfdarı deyil

post-img

“İndi Azərbaycana qarşı sanksiyaların vaxtı deyil. Onlar səmərəsiz ola bilər”

“TASS” xəbər verib ki, Bu fikirləri Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. 

E. Makron hazırda Azərbaycanla dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. 

Həmçinin Fransa xarici işlər naziri Katrin Kolonna da Azərbaycana qarşı sanksiyaların gündəmdə olmadığını “France 2” telekanalına açıqlamasında bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət