Elçin Əmirbəyov: dinc qonşuluqdan başqa yol yoxdur

post-img

Azərbaycan Qarabağın erməni sakinlərinin öz ana dilindən, mədəniyyətindən və dinindən istifadə etməklə bağlı hüquq və imkanlarını heç bir şəkildə məhdudlaşdırmaq niyyətində deyil.

Bunu Azərbaycan Pre­zidentinin xüsusi tapşırıq­lar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahi­bəsində deyib.

“Bizim üçün heç vaxt ke­çilməsinə icazə verməyə­cəyimiz yeganə qırmızı xətt suverenliyimizi və ərazi bü­tövlüyümüzü şübhə altına ala biləcək məsələlərdir”, – o vur­ğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın mehriban qonşu olmaqdan başqa yolu yoxdur: “Əgər bizim bir-birimizlə düşmən­çilik üçün heç bir əsasımız yoxdursa, Azərbaycan və Er­mənistan liderləri ən yüksək siyasi səviyyədə ərazi bütöv­lüyünün tanındığını bəyan ediblərsə, demək, Ermənis­tanın dinc qonşu olmaqdan başqa yolu yoxdur”.

Prezidentin xüsusi tap­şırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Azərbaycan hərbçiləri son ildırımsürətli antiterror tədbirləri zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün müm­kün olan hər şeyi etməyə ça­lışıblar: “Antitteror tədbirləri bir gündən az davam edib və cərrah dəqiqliyi ilə həyata keçirilib. Bütün bunlar hərbi hədəfləri zərərsizləşdirməyə yönəlmiş yüksək dəqiqliklə həyata keçirilmiş addımlar idi”.

* * *

Hazırda Qarabağ böl­gəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk et­məsi onların könüllü və fərdi qərarıdır. Bunun məcburi yer­dəyişmə və ya Azərbaycanın onların tərk etmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Onla­rın həqiqətən seçimi var. Xü­susilə vurğulamaq lazımdır ki, biz onları çoxmillətli Azərbay­canın tərkibində qalmağa və bir hissəsi olmağa çağırdıq. Baxın, Azərbaycan hakimiy­yəti son bir neçə gündə nə edir - hər cür humanitar yar­dım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən ma­şınlar göndərir, biz artıq ge­cə-gündüz elektrik təchizatı qurmuşuq.

Bunu Azərbaycan Pre­zidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmir­bəyov BBC-yə müsahibəsin­də deyib.

“Azərbaycanı tərk edən er­mənilər geri qayıda biləcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda baş verdiyi iddia edilən qondar­ma “etnik təmizləmə” ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. O, təkcə sent­yabrın 21-də Azərbaycan hakimiyyəti tərəfindən yerli ermənilərə heç bir təhlükə ol­madığını deyən öz bəyanat­larından geri çəkilmir, həm də onun dedikləri Azərbaycanın yerli ermənilərə humanitar yardım çatdırmaq səylərini və reinteqrasiya prosesini poz­mağa yönəlib. Bu, həm də Azərbaycan və Ermənistan arasında sülh sazişinin müm­kün perspektivlərini sarsıdır”, - deyə Elçin Əmirbəyov bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda baş­latdığı lokal xarakterli anti­terror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Sentyabrın 28-də isə Qara­bağdakı separatçılar özlərini buraxdıqlarını elan ediblər.

XQ

Siyasət