Sahibə Qafarova İrlandiyada

post-img

Milli Məclisin Sədri bölgədəki durum barədə danışıb

İrlandiyada işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova bu ölkənin Parlament Nümayəndələr Palatasının Sədri Şon Oferghail ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şö­bəsindən verilən məlumata görə, İrlandiya Parlamenti Nümayəndələr Palatasının Sədri Azərbaycan parlamen­tinin rəhbərinin ölkəsinə ilk səfərindən məmnunluğunu ifadə edib və ölkəsində Azər­baycanın Milli Məclisi ilə dost­luq qrupunun yaradılması üzərində iş getdiyini diqqətə çatdırıb. O, bunun parlament­lərarası əlaqələrin daha da gücləndirilməsinə töhfə verə­cəyinə inamını bildirib.

Ş. Oferghail ölkəsinin xa­rici dövlətlərə investisiya qoy­maqda, iqtisadiyyat və turizm sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu­nu qeyd edib, Azərbaycanın regiondakı aparıcı rolu, ölkə­mizin Avropanın etibarlı enerji tərəfdaşı olması barədə fi­kirlərini bölüşüb. İrlandiyalı spiker iki ölkənin parlament­lərarası və digər sahələrdə əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfər­lərin vacibliyini vurğulayıb, bu sahədə mövcud imkanlardan danışıb. 

Azərbaycan parlamenti­nin rəhbəri təhsil, mədəniy­yət, humanitar sahələrdə və parlamentlər arasında mü­nasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı poten­sialın olduğunu diqqətə çat­dırıb. O, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda, xüsusən də Qarabağ böl­gəsində vəziyyət haqqında məlumat verib. S. Qafarova xatırladıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib və qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan 5 prinsipdən ibarət sülh sazişi təklif edib. Lakin artıq 3 ilə yaxındır ki, Ermənistanın bu sənədi imzalamadığından təəssüf­ləndiyni bildirib. Həmçinin diqqətə çatdırıb ki, Ermə­nistan “blokada”, “humanitar böhran” kimi əsassız iddia­larla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirib.

Sahibə xanımın sözlərinə görə, Ermənistan bu müd­dət ərzində Qarabağdan 10 min hərbçisini çıxarmayıb, onlara maddi dəstək verib, silah-sursatla təmin edib və Azərbaycanın Qarabağ böl­gəsindəki qondarma rejimi dəstəkləyib. O cümlədən Er­mənistanın ötən dövr ərzində sərhəddə təxribatlar törətdi­yini, Azərbaycan ərazilərini minalamaqda davam etdiyini və ötən həftə bu təxribatla­rın sayının daha da artdığını diqqətə çatdırıb. Bütün bun­lar Azərbaycanın lokal anti­terror tədbirlərinə başlaması­na səbəb olub. 

Bu tədbirlərin məqsədi regionda qeyri-qanuni ermə­ni silahlı qüvvələrinin müm­kün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq, terrorçu dəstələri re­giondan çıxarmaq olmuşdur. Lokal xarakterli antiterror tədbirləri, həmçinin dinc əha­li, o cümlədən ərazidə aparı­lan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təh­lükəsizliyinin təmin olunması və Azərbaycan Respublika­sının Konstitusiya quruluşu­nun bərpa edilməsi məqsədi daşımışdır. O, xüsusilə qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhali və ob­yektlər hədəfə alınmayıb və bu tədbirlər beynəlxalq hüquqa, o cümlədən bey­nəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdı­rılıb.

Sentyabrın 20-də Qa­rabağın erməni sakinlərinin nümayəndələrinin müraciə­tini nəzərə alaraq, tam atəş­kəs haqqında razılaşma əldə olunduğunu diqqətə çatdıran Sahibə xanım deyib ki, bu razılaşmaya əsasən, Azər­baycanın Qarabağ bölgəsin­də yerləşən Ermənistan si­lahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən, hərbi postlardan çıxmalı və tam şə­kildə tərksilah olunmalıdır. O, hazırda bu prosesin həyata keçirildiyini söyləyib.

S.Qafarova hazırda Qara­bağda yaşayan erməni əhali­sinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müza­kirələr aparıldığını və artıq Qarabağın erməni icmasının nümayəndələri ilə 2 görüş ke­çirildiyini, Xankəndiyə huma­nitar yardım və ərzaq göndə­rildiyini diqqətə çatdırıb. Eyni zamnda, Ermənistana get­mək istəyən ermənilərin böl­gəni maneəsiz, problemsiz tərk etməsi üçün lazımi şərait yaradılıb, Qarabağda yaşa­maq istəyən insanlar orada qalırlar. O, nəhayət, sülh sa­zişinin imzalanacağına ümid etdiyini bildirib.

* * *

Milli Məclisin Sədri Sa­hibə Qafarovanın İrlandiya Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan par­lamentinin rəhbəri sentyabrın 28-də Parlament Spikerləri­nin Avropa Konfransının açı­lış mərasimində iştirak edib. 

“Seçilmiş nümayəndələrə qarşı nifrət nitqi və zorakılıq təhdidləri” mövzusunda kon­fransöncəsi müzakirələr ke­çirilib. 

Sonra Parlament Sədrləri­nin Avropa Konfransının açı­lış mərasimi olub. Mərasimdə İrlandiya Respublikası Parla­mentinin Nümayəndələr Pa­latasının sədri Şon Oferghail, Parlament Senatının sədri Cerri Buttimer, Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koks, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və digərləri çıxış ediblər.

Qeyd edək ki, konfrans müxtəlif mövzularda çıxışlar və müzakirələrlə öz işini da­vam etdirir. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər