Təhlükəsizliyin yeganə yolu reinteqrasiyadır

post-img

Qarabağın erməni sakinlərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur.

Bu barədə Trend-ə Qarabağ Erməniləri Hərəkatının üzvü Karina Eritsyan deyib.

"Hələ də "müstəqillik" arzu­sunda olanlar başa düşməlidir ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıq­lar aparır. Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur.

Qarabağ erməniləri başa düş­məlidir ki, onların taleyi ABŞ, Fran­sa, Ermənistan və digərlərindən deyil, onların özlərindən asılıdır. Xarici dövlətlər kömək etməyəcək. Bundansa reinteqrasiya və Azər­baycanda birgə yaşayış məsələ­sində ciddi yanaşma ortaya qoy­maq lazımdır", – deyə o əlavə edib.

Siyasət