Qorxuram ki, ermənilər vəziyyəti qeyri-konstruktiv müstəviyə keçirə

post-img

Azərbaycan Silahlı Qüvvələrinə Qarabağ bölgəsində lokal antiterror tədbirləri həyata keçirmək və qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün cəmi bir gün vaxt lazım olub. Xunta ağ bayraq qaldırdı və bu gün Qarabağın azərbaycanlı icmasının nümayəndələri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa gəldilər.

Siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskovanın “Caliber”ə açıqlamasına görə, əslində bu, sülhü təmin etmək üçün xüsusi antiterror tədbiri idi. Çünki uzun müddət İrəvandan və bir sıra xarici dövlətlərdən olan revanşistlər özlərini tamamilə qeyri-adekvat aparır, vəziyyətin həlli ilə bağlı heç bir təklifi qəbul etmirdilər.

“Separatçılar vəziyyəti gərginləşdirmək üçün tədbirlər görüb, silah-sursatla təmin edilib, dinc azərbaycanlılara atəş açıb, Rusiya sülhməramlılarına qarşı təxribatlar törədib, azərbaycanlıların ölümünə səbəb olan minalar basdırıblar. Sonda Azərbaycanın səbri tükəndi və bu tədbirlər təbii idi”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu hadisələrin 24 saat ərzində başa çatması isə separatçıların Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərmək üçün real resursunun olmadığını deməyə əsas verir.

Yevlaxdakı müzakirələrə gəlincə, qorxuram ki, ermənilər yenə də vəziyyəti qeyri-konstruktiv müstəviyə keçirməyə, onu dalana dirəməyə çalışınlar. Bunu zaman göstərəcək”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət