Gənc voleybolçularımız Şərqi Avropa çempionatına qatılacaq

post-img

Voleybol üzrə oğlanlardan ibarət U-18 yığmamız Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından "XQ"-yə daxil olan məlumata görə, dekabrın 5-dən 9-dək Gürcüstanda təşkil olunacaq yarış həm də “AVRO-2024”ə  təsnifat xarakteri daşıyır. 

Yarışın reqlamentinə əsasən birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, turnirdə millimiz ilə yanaşı, Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya voleybolçuları da iştirak edəcəklər.

 

Elçin ABBASOV,

XQ

İdman