Ehud Olmert: İsrail Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

post-img

Azərbaycan hərbi əməliyyatlara əl atmadan üzləşdiyi problemləri qətiyyətlə və operativ şəkildə həll etməyə qadirdir.

“Caliber” xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert Bakıda "Azərbaycanda Kibertəhlükəsizlik Günləri"nə həsr olunmuş konfransda deyib.

E.Olmert qeyd edib ki, İsrail Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.

Qeyd edək ki, Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən və üç gün davam edəcək konfransda kibertəhlükəsizlik sahəsi üzrə yerli və xarici ekspertlər, o cümlədən dövlət qurumlarının, özəl müəssisə və təşkilatların kibertəhlükəsizliyə cavabdeh olan əməkdaşları iştirak edirlər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya