Abdulkadir Emin Önen: Türkiyə və Azərbaycan bir-birinə unikal və xüsusi tellərlə bağlıdır

post-img

Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır. Ölkələrimiz arasındakı əlaqələr digər dövlətlər üçün nümunədir.

XQ xəbər verir ki, bu sözləri Asiya Parlament Assambleyası (APA) Sədrinin təmsilçisi və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen Milli Məclisdə keçirilən APA Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında çıxışı zamanı deyib.

“Hər iki qardaş xalq bir-birini hər zaman dəstəkləyir. Qarabağın işğalı bizi dərindən üzdüyü kimi, həmin ərazilərin azad edilməsi bizi olduqca sevindirir”, - deyə Abdulkadir Emin Önen bildirib.

O qeyd edib ki, Türkiyə Asiyada olan tərəfdaşları ilə birgə işləməyə hazırdır. Eyni zamanda, bu qitədə yeni təşəbbüslər həyata keçirir. Türkiyə qlobal təşəbbüslər irəli sürərək beynəlxalq əməkdaşlıqları daha ədalətli şəkildə həyata keçirməkdə məqsədlidir. Türkiyə regionda ən çox miqrant qəbul edən ölkədir. Lakin bu məsələdə birgə əməkdaşlığa ehtiyac var. Bu yolla da uzunmüddətli sabitlik təmin edilmiş olacaq.

Siyasət