Ermənistan Qarabağ klanına məxsus əmlakı müsadirə etməyə çağırıb

post-img

“Ermənistandakı keçmiş və indiki Qarabağ məmurlarının əmlakı müsadirə olunsun və Qarabağ ermənilərinin ehtiyacları üçün paylansın”. 

XQ "Caliber"ə istinadən xəbər verir ki, bunu erməni politoloq, “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan öz facebook səhifəsində Ermənistan hakimiyyətinə müraciətində səsləndirib.

“Ermənistandakı keçmiş və indiki Qarabağ məmurlarının əmlakının inventarlaşdırılmasını aparın və siyahı ilə birlikdə müsadirəyə göndərin. Müsadirə edilmiş bu vəsait Qarabağ ermənilərini Ermənistanda yerləşdirmək və uyğunlaşdırmaq üçün onların “siyasətinin” qurbanları üçün lazımdır. Cəmiyyəti demokratiyanı parazit edən gənələrdən azad edin, erməni cəmiyyəti bunun üçün sizə vergi ödəyir, bu nə cür qarışıqlıqdır?” – deyə Ruben Mehrabyan yazıb.

Rizvan FİKRƏTOGLU
XQ

Siyasət