Peskov: Qarabağda etnik təmizləmədən danışmağa əsas yoxdur

post-img

“Hələlik etnik təmizləmədən danışmağa əsas yoxdur. Bunun üçün isə birbaşa təmaslar var və bu zaman biz mümkün narahatlıqlarımızı çatdırırıq”. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov birinci kanala açıqlamasında deyib.

D.Peskov Bakının Azərbaycan Silahlı Qüvvələrinin mülki hədəflər üzərində işləmədiyi, yalnız hərbi hədəflərin hədəfə alındığı barədə bəyanatlarına diqqət çəkib. 

O bildirib ki, Rusiya Federasiyası Qarabağdakı vəziyyətin indi Azərbaycanın daxili işi olduğunu qəbul edir: “Əlbəttə, Qarabağ Azərbaycanın daxili işidir. Azərbaycan Ermənistan rəhbərliyi tərəfindən tanınan öz ərazisində fəaliyyət göstərir”.

Rusiya prezidentinin mətbuat katibi əminliyini ifadə edib ki, Qarabağın erməni əhalisinin bütün hüquqları və təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edir.

Rizvan FİKRƏTOGLU
XQ

Siyasət