İrəvanda Paşinyana qarşı etirazlar başlayıb

post-img

Qarabağda hərbi vəziyyətin pisləşməsi ilə əlaqədar İrəvanda baş nazir Nikol Paşinyan əleyhinə etirazlar başlayıb. Bu barədə “Sputnik Armeniya” məlumat yayıb. 

XQ xəbər verir ki, etirazçılar baş naziri satqınlıqda ittiham edərək, Respublika meydanına girişi bağlayıblar. Yaxın küçələrdə də hərəkət məhdudlaşdırılıb. 

Məlumata görə, aksiya iştirakçıları Paşinyanın istefasını tələb edərək hökumət binasına daxil olmağa çalışırlar. 

XQ

Siyasət