Mina qurbanı: Birinci Qarabağ müharibəsindən indiyədək ermənilər torpaqlarımızda milyonlarla mina basdırıblar

post-img

Ermənilərin Azərbaycana qarşı müharibəyə başladığı dövrdə mən xüsusi təyinatlı polis bölməsinin tərkibinə qatıldım. 1992-ci ilin fevral ayında məlumat aldıq ki, ermənilər Xocalıya hücuma hazırlaşırlar. Ona görə də əvvəlcə Xocalı sakinlərini ərazidən çıxarmağa çalışdıq. Ağdamdan gedərkən Xanabad postunda ermənilərin basdırıldığı tank əleyhinə minaya düşdük.

Bu sözləri mina qurbanı Qafqaz Əhmədov jurnalistlərə müsahibəsində söyləyib.

O qeyd edib ki, Birinci Qarabağ müharibəsindən indiyədək ermənilər Azərbaycan torpaqlarında milyonlarla mina basdırıblar. Bu gün də mülki şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları növbəti dəfə ermənilərin basdırdığı minanın qurbanı oldular. Bu çox acınacaqlıdır. Beynəlxalq ictimaiyyət minalarla əlaqədar Ermənistana təzyiq göstərməlidir.

Siyasət