Fərhad Məmmədov: Paşinyanın iki seçimi var

post-img

Azərbaycan Qarabağda lokal xüsusi əməliyyata başlayıb. Bu xüsusda Ermənistanın baş naziri Nikol paşinyanın iki seçimi var:

- ya Ermənistan Silahlı Qüvvələrini Qarabağdakı silahlı qruplaşmalarının qalıqlarına kömək etmək üçün göndərmək və bununla da, şərti sərhəddə Azərbaycan ilə cəbhə açmaq və nəticədə öz ərazisində müharibə, yeni itkilər və regional müharibə riski əldə etmək;

- yaxud da Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı anti-terror tədbirlərini izləmək və Ermənistanı qorumaq.

Bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın Rusiya, İran, eyni ABŞ və Aİ-dəki tərəfdaşları Paşinyanı yanlış seçimdən çəkindirməlidirlər.

Bütün qurbanların məsuliyyəti tamamilə Paşinyanın və onun ətrafının, Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətlərini dəstəkləyən, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasına şərait yaratmağa çalışan ölkələrin və dairələrin üzərinə düşür!

Anar ƏLİ

XQ

Siyasət