“Ermənilər özlərinin xislət və xarakterinə uyğun olaraq daim bütün mübarizələrini yalan və riya üzərində qururlar. Bu ölkənin baş naziri Nikol Paşinyan AFP-yə müsahibəsində Azərbaycanı, guya, "növbəti Holokosta hazırlıq"da ittiham edib. Qarabağdakı separatçıların nümayəndəsi Vardanyan isə bəyan edib ki, “ermənilərin iztirabları Holokost qurbanlarının çəkdiyi əzablardan daha çoxdur”.
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Regional Nümayəndəliyi bu açıqlamasının davamında bildirir ki, ermənilərin Azərbaycana qarşı Holokostdan öz çirkin təbliğat və qarayaxma kampaniyası kimi istifadə etməsi riyakarlıqdır. Göründüyü kimi Ermənistan məkrli siyasətini həyata keçirmək üçün öz çirkin və iyrənc təbliğat üsullarına Holokost qurbanlarını da əlavə edib. Ermənistan dövləti və məkrli erməni lobbisinin öz çirkin təbliğatında əsassız olaraq Holokosta istinad etməsi yolverilməzdir.
Açıqlamada daha sonra qeyd edilir ki, tarixdə Xolokost və yəhudilərin başlarına gətirilən digər məşəqqətlər heç bir xalqın başına gətirilməmişdir: “Bu səbəbdən yəhudilərin üzləşdikləri misli görünməmiş qorxunc soyqırımı aktları qətiyyən müqayisə edilə və misal göstərilə bilməz. Azərbaycan isə qədimdən bu günə qədər dünyanın ən tolerant ölkəsidir. Burada heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik‚ kobudluq sərgilənməmişdir. Ermənilər isə bütün tarix boyu Azərbaycan ərazilərində fitnə-fəsad‚ təxribatlar və soyqırımları törətmişlər”.
Nümayəndəlik erməni saxtakarlığı ilə bağlı sonda qeyd edir ki, saysız-hesabsız milli qırğınlar törətmiş bir xalqın Holokost qurbanlarının pak və şərəfli adları ilə alver etməsi, özünü yəhudilərlə eyni tutması dərin hiddət doğurur: “Bu hal Holokost qurbanlarına qarşı ağır hörmətsizlikdir. Biz‚ Ermənistan rəhbərliyinin öz çirkin qarayaxma kampaniyalarında Holokost adından istifadə etməsinə qəti şəkildə etiraz edir, bu mənfur əməli qətiyyətlə pisləyirik. İsrailin əsl dostu Azərbaycana qarşı ermənilərin və havadarlarının həyata keçirdiyi bütün məkrli qarayaxma kampaniyalarına qarşı dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq”.
XQ

