Yanvarın 27-də Tehrandakı səfirliyimizə silahlı hücumla bağlı ibtidai istintaq işi yekunlaşıb.
Bunu Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru deyib. O bildirib ki, Azərbaycan səfirliyinə hücum bir səfirlik əməkdaşının qətlə yetirilməsi və digər əməkdaşların yaralanması, eləcə də səfiliyin əmlakına xəsarətin yetirilməsi ilə nəticələnib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
XQ

