Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra olunub
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.
2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib.
Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
Mövqelərimiz intensiv atəşə tutulub
Sentyabrın 13-də saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Müdafiə Nazirliyindən bildiriblər ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.
Kəlbəcər istiqamətində təxribatın qarşısı alınıb
Dünən saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.
Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib
Hərbi qulluqçularımız qəzada həlak olublar
Dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Ordumuzun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.
Bu barədə XQ-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”, - məlumatda qeyd edilib.
XQ

