Naşükürlük

post-img

Qarabağ separatçıları Rusiyanın köməyinin Ağdamdan göndərilməsinə qarşıdır

 

Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqə­ti məsuliyyəti zonasındakı erməni sepa­ratçılarının hərəkətləri ölkəmizdə diqqətlə izlənilir. Hazırda müşahidə olunan vəziyyət separatçıların çaxnaşma içində olduqlarından xəbər verir. Eyni zamanda, Qarabağdan ermə­ni əhalinin “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək Ermənistana gedişi də davam edir.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərə­findən Ağdam–Əsgəran yolundan keçməklə Qarabağdakı erməni əha­liyə aparılan yardımın paylanması da gündəmdə olan məsələlərdən biridir. İrəvanda nəşr olunan “Hraparak” qəze­ti yazır ki, Rusiyanın göndərdiyi yardım Xankəndiyə çatıb, amma hələ də Laçın yolunun açılmasından (?) söhbət get­mir: “Rusiyadan gələn yük maşını artıq Xankəndiyə çatıb. Şəhər sakini Arman Arutyunyanın sözlərinə görə, şayiə do­laşır ki, bu, Rusiyadan göndərilən ye­ganə yük maşını olmayacaq. Daha çox yük maşınları gələcək. Laçın yolunun açılmasına gəldikdə isə Xankəndi sa­kini bildirib ki, bu yolun açılmasından söhbət getmir”.

Qeyd edək ki, Azərbaycan Ağdam–Xankəndi və Laçın–Xankəndi yolları­nın eyni vaxtda açılmasını təklif edib. Moskvanın təşəbbüsü ilə Rusiya Qır­mızı Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi isə ayrıca razılaşmadır və Beynəlxalq Qırmızı Xaç Komitəsinin daşımala­rı üçün Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarının eyni vaxtda açıl­ması təklifi ilə qarışdırılmamalıdır.

Azərbaycan Prezidentinin kömək­çisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin mü­diri Hikmət Hacıyevin bugünlərdə “X” sosial şəbəkəsində yazdığı kimi, Ru­siyanın ərzaq yükü Ağdam – Əsgəran yolu ilə Xankəndi istiqamətində gedib: “Azərbaycan sentyabrın 1-də Ağdam–Xankəndi və Laçın–Xankəndi yolları­nın eyni vaxtda açılmasının təmin edil­məsinə xoşniyyətli jest kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib”. Bu mənada “Hraparak”ın yazdıqları ictimai rəylə manipulyasiya etməkdən başqa bir şey deyil.

Əsgəranlı “ac” separatçı Ermine Xaçatryan isə Rusiyanın Azərbaycan qanunvericiliyinə uyğun olaraq gön­dərdiyi ərzaq yükünün gəldiyini biləndə Xankəndiyə necə getdiyini Ermənistan mətbuatına danışıb: “Deyəsən, səhər saat 07:30 idi. Xəbər tutan kimi tez ge­yinib evdən çıxdım. Nə baş verdiyini öyrənmək lazım idi. Dünən orda idim, uşaqlar iş başında idilər. Maşının yolu necə və niyə keçdiyini başa düşməkdə çətinlik çəkirəm. Əgər ruslar, doğrudan da, bizə kömək etmək istəyirdilərsə, bu yükü Laçın “dəhlizi” ilə də göndərə bilərdilər, daha Ağdamdan niyə göndə­rirlər?”

“Polislər” dedilər ki, yalnız Rusiya mallarının idxalına icazə verilib, Azər­baycan mallarının idxalına isə yox”, – deyə Azərbaycanın humanitar yar­dımının Qarabağa buraxılmayacağını bildirən Xaçatryan azərbaycanlılara münasibətdə ksenofobiya nümayiş et­dirib.

Əsgərandan olan digər separatçı Snejana Tamrazyanın sözlərinə görə, bəzi sakinlər bu xəbəri sosial şə­bəkələrdən öyrəniblər. Onun sözlərinə görə, bunu heç kim gözləmirdi.

Bugünlərdə başqa bir Xankəndi sakini isə Azərbaycandan gələcək hu­manitar yardımı qəbul etməkdənsə, ac qalmağı üstün tutduğunu bildirmişdi. Bütün bunlar isə Qarabağdakı separat­çıların hələ də revanşist əhval-ruhiyyə­də olduqlarını və ölkəmizə nifrət hissi ilə yanaşdıqlarını göstərir.

Səxavət HƏMİD
XQ

 

Siyasət