Ağalı yeni sakinlərini qəbul etdi

post-img

Dünən ağalıların sayı 123 nəfər də artdı. Köç karvanını Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağalıya daha öncə köçən ailələr böyük coşqu ilə qarşılayıblar. 

Sonra ata-baba yurdları­na qayıdan keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. 

Bununla da Böyük Qa­yıdış layihəsi çərçivəsində Ağalı kəndinə ümumilikdə 133 ailənin, 649 nəfərin məskunlaşması təmin olu­nub.

XQ



Son xəbərlər