Növbəti Xəzər müzakirəsi ölkəmizdə olacaq

post-img

Sentyabrın 11-13-də Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qa­zaxıstan, Rusiya və Türkmənistan nü­mayəndə heyətləri iştirak edib. İclasa Türkmənistanın nümayəndə heyətinin rəhbəri M.G.Atacanov sədrlik edib. 

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunmasının metodi­kası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarını razılaşdırıblar. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti icla­sında davam etdiriləcək. 

Qeyd edək ki, növbəti iclas Azərbay­canda baş tutacaq.

XQ

Son xəbərlər