Hikmət Hacıyev: “1991-ci ildən bu günə 3 min 385 azərbaycanlı mina qurbanı olub”

post-img

“1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Bunlar Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü şəkildə mina terroru siyasətinin dəhşətli rəqəmləridir”.

XQ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xari­ci siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında payla­şımında yazıb.

"Ermənistan və qeyri-qanuni mario­net xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın bütün perimetrləri boyunca yerləşdirməyə davam edir", – o qeyd edib.

XQ

Siyasət