Qarabağdakı qondarma rejim gömülməlidir!

post-img

“Seçki” oyunbazlığı Bakının səbrini tükəndirib

Qarabağdakı separatçı rejimdə “seçki” oyunbazlığı oldu və gözlənildiyi kimi, uzun illər rejimin təhlükəsizlik xidməti deyilən saxta strukturda müxtəlif “vəzifələr” tutmuş Samvel Şahramanyan “prezident”liyə sahibləndi. 

Seçki ilə paralel olaraq Ermənis­tan baş naziri Nikol Paşinyanın ABŞ Dövlət Departamentinin rəhbəri En­toni Blinkenə, Fransa Prezidenti Em­manuel Makrona, Almaniya Kansleri Olaf Şoltsa, Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə və İran Prezidenti İbrahim Rəisiyə telefon zəngləri et­məsi, 2022-ci ilin oktyabrında Praqa­da və 2023-cü ilin mayında Brüsseldə əldə olunmuş razılıqlara sadiq qaldı­ğını bildirməsi də diqqət çəkməkdədir.

Daha bir mühüm məqam Ni­kolun təcili şəkildə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb müzakirə aparmağa hazır olduğu­nu vurğulamasıdır. Qeyd edək ki, Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş Praqa və Brüssel görüşlə­rindən sonra Azərbaycanın, Qarabağ da daxil olmaqla, 86,6 min kvadrat­kilometr ərazidə suveren hüquqları­nı tanıdığını demişdi. O zaman sual yaranır: dünənki seçki nə idi? Suala cavab tapmağa çalışacağıq.

Hələlik Arayik Arutyunyanın bir müd­dət əvvəlki istefasından sonra S.Şahra­manyanın qondarma rejimdə “prezident” seçilməsi məsələsi üzərində dayanaq. Mövcud xüsusda ilk yada düşən A.Arut­yunyanın istefa əsnasında bildirdikləridir. O demişdi ki, bölgədə özü başda olmaq­la, siyasi sistem təmsilçilərinin dəyişilmə­sinə ehtiyac var. Əlbəttə, Arayikin fikrini əsaslandırarkən, hansısa qloballıqdan dəm vurması populizmdən başqa bir şey deyildi. 

Sistem dəyişikliyinə gəlincə, məlum olduğu kimi, Şahramanyan separatçıların keçmiş lideri Arkadi Qukasyanın adamı­dır. Yəni, Koçaryan-Sarkisyan xuntasına yaxındır. Heç şübhəsiz ki, o, Arayikdən qalan hər şeyi silib-süpürüb atacaq. Amma önəmli olanı Qarabağdakı sepa­ratçılıq yuvasının özünün tam silib-süpü­rülməsidir ki, bunun üçün isə saxta seçki keçirməyə ehtiyac yox idi. İndiki halda seçki kimlərinsə mövcud müstəvidə dirə­niş göstərdiyinin nümayişidir. Dirəniş var­sa, ona cavab olmalıdır və mütləq olacaq. Paşinyan isə bilməlidir ki, dünya liderlə­rinə zəng etməklə, heç nə dəyişməyəcək. Çünki Azərbaycanın Xarici İşlər Nazirliyi­nin bəyanatında vurğulandığı kimi, ölkə­mizin Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. 

XİN-in bununla bağlı bəyanatında, eyni zamanda, bildirilib ki, qondarma re­jim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Yəni, bu rejim N.Paşinyanın bir həftə əvvəl İtaliyanın “La Repubbli­ca” nəşrinə bildirdiyinin əksinə olaraq, heç də “Artsax xalqı” deyilən amorf var­lığın iradəsinin məhsulu, onun “seçkili hakimiyyəti” filan deyil. “Azərbaycanın suveren ərazilərində yaradılmış və Er­mənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvə­si yoxdur” kimi fikirlərin ifadəsini tapdığı sənəddə saxta seçki oyunu İrəvanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elemen­ti, bölgədə normallaşma və etnik erməni sakinlərin ölkəmizin konstitusion çərçivə­sinə reinteqrasiyası səylərinə ciddi zərbə olaraq qiymətləndirilib: “Qondarma “seç­kilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun ya­ratdığı qondarma rejim sülh prosesində, həqiqətən, maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yo­lunu tutub. Ermənistan öz xalqını və bey­nəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çək­məli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şə­kildə iştirak etməli və beynəlxalq öhdəlik­lərinə əməl etməlidir. Ermənistanın Azər­baycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə ol­ması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suve­renliyi və ərazi bütövlüyünə qarşı qəsd­dir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüv­vələrinin Azərbaycanın Qarabağ bölgə­sindən qeyd-şərtsiz və tamamilə çıxarıl­ması, qondarma rejimin buraxılmasıdır”.

Bəli, qondarma rejim gömülməlidir. Oxşar fikri A.Arutyunyanın istefa ilə bağ­lı açıqlamasından dərhal sonra Azər­baycan Prezidentinin köməkçisi, Prezi­dent Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Ha­cıyev də bölüşmüşdü. Onun bildirdikləri rəsmi Bakının Qarabağdakı saxta siyasi sistemdə “kosmetik təmir” işlərini nəzərə almadığının təsdiqi idi. 

Sonda əvvəldə haqqında vurğuladığı­mız məqamdan söz açaq. Həm dünənki “seçki”, həm də Paşinyanın dünya lider­lərini telefon zəngləri ilə bezar etməsi, Qarabağdakı erməni separatizminin son çırpıntılarıdır. Nikolun telefon təmasları zamanı nəyi bildirməsindən asılı olma­yaraq, aydındır ki, onun məsumluq jest­ləri rejimi gömülməkdən qurtarmaq cəh­dindən başqa bir şey deyil. Erməni baş nazir, obrazlı desək, gömülmənin ayaq səslərinin eşidilməsindən duyuq düşüb. Buna görə də, öz aləmində hərəkətə ke­çib. Paşinyanın yadına ötən iki-üç ayda nəticələrini, faktiki olaraq, tanımadığı, haqqında, ümumiyyətlə, danışmadığı Praqa və Brüssel görüşlərini salması, heç şübhəsiz, vaxt udmaq cəhdidir. Bəli, er­məni baş nazir çox aciz şəkildə vaxt udub bataqlıqda olan separatçı rejim üçün sa­man çöpü axtarışındadır. Amma çətin ki, o çöpü tapsın.

 

R.ƏVƏZ

XQ



Siyasət