Rusiya regiona humanitar yardımın həm Laçın, həm də Ağdam marşrutları ilə maneəsiz çatdırılmasının tərəfdarıdır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Məsələnin lazımsız yerə siyasiləşdirilməməsi barədə çağırış edən M.Zaxarova qeyd edib ki, Avropa İttifaqı bu halda çəkinmədən Rusiya tərəfinin təşəbbüsünü özününkü kimi qələmə verir. Bununla belə Avropa İttifaqının hərəkətlərinin nəticələri ümumilikdə vəziyyətin normallaşmasına gətirmir.
M.Zaxarova, həmçinin qeyd edib ki, İrəvanın bu məsələ ilə bağlı siyasi bəyanatları və ritorikası qəbuledilməzdir.
XQ

