Paşinyan sülhə qarşı – Ermənistan yeni müharibə istəyir

post-img

Nikolun “Qarabağ kartı” ilə oynamaq həvəsi, İrəvanın “Brüssel formatı”ndan imtinası və yeni separatçılardan gələn təhlükə

Bəli, Ermənistan baş naziri Nikol Paşinyan göstərir ki, onun Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanımasına dair bir deyil, bir neçə dəfə səsləndirdiyi bəyanat yalnız spekulyativ səciyyə daşıyan sabun köpüyüdür. Nikol siyasi riyakarlığın zirvəsindədir. Baş nazirin İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər bunu bir daha deməyə əsas verir. 

Birincisi, Ermənistan heç vaxt qon­darma “Dağlıq Qarabağ Respublikası­nın” müstəqilliyini tanımayıb. Ona görə ki, ərazini özününkü sayıb. Ancaq Pa­şinyana qədərki iqtidarın təmsilçiləri məqsədlərini ört-basdır edib, vaxt ud­mağa çalışıblar. Nikol isə hakimiyyətə gələndən sonra “Qarabağ Ermənistan­dır və nöqtə” bəyanatını verdi. Nəticədə sonluğu Ermənistan və dünya erməniliyi üçün faciəyə çevrilmiş 44 günlük mühari­bə yaşandı. Bu, öz yerində. 

Müharibədən sonrakı danışıqlar pro­sesində, daha doğrusu, Brüssel forma­tı çərçivəsindəki görüşlərdə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı­ğını bəyan etdi. Ancaq bu tanıma yalnız sözdə oldu. Gördük ki, İrəvan nizamlama prosesində sırf Qarabağ ermənilərinə yönəlik manipulyasiyalara baş vurur. Nə­ticə etibarilə hazırda danışıqların davamı üçün münbit zəmin, demək olar ki, yox­dur. 

Nikolun “La Repubblica”ya müsahibə­sindən gəlinən qənaət isə budur ki, guya, hazırkı duruma görə günahkar Azərbay­candır. Sən demə, ölkəmizin təmsilçiləri də erməni baş nazir kimi boşboğazlıq etməli imişlər. Yəni, biz də deməli idik ki, Ermənistanın müstəqilliyini tanıyırıq. Axı, tanımaq dildə yox, əməldə olur. Əməl isə sülh müqaviləsidir ki, bu da Qarabağdakı erməni avantürizminin davamının Ermə­nistan rəhbərliyi və dünya ermənipərəst­ləri tərəfindən dəstəklənməsi səbəbindən gerçəkləşmir. Paşinyan vəziyyəti gözəl anlayır. 

İkinci məqamda söyləyəcəklərimiz, müəyyən mənada, indiyədək vurğula­dıqlarımızın davamıdır. Nikol və onun komandası Qarabağ mövzusunda mani­pulyasiyalara yol verirsə, hesab edirik ki, Paşinyanın “La Repubblica”ya müsahi­bəsində səsləndirdikləri yaramazlığın və həyasızlığın pik həddidir. Hərçənd, daha böyük həyasızlıqların nəzərə çarpacağı­nı da istisna etmirik. 

Bəli, Paşinyan Azərbaycanın, Qara­bağ da daxil olmaqla, ərazi bütövlüyünü tanımasına dair bütün söylədiklərini, fak­tiki olaraq, inkar edir. O, italyan müxbi­rin “Siz hesab edirsinizmi ki, Qarabağın Azərbaycanın olması, bu, məsuliyyətini dünyanın çəkməli olduğu məsələdir?” sualına cavabında bunları bildirir: “Dağ­lıq Qarabağda vəziyyət həmişə Dağlıq Qarabağ hakimiyyətinin nəzarətində olub. Hər halda, 2018-ci ildən sonra belə idi. Bugünkü duruma Dağlıq Qarabağın seçilmiş hakimiyyətinin nümayəndələri nəzarət edirlər. Rusiya sülhməramlıları da oradadırlar. Söhbət tamamilə başqa məsələdən gedir: əgər Ermənistan və Azərbaycan bir-birindən ərazi bütövlü­yünü qarşılıqlı şəkildə Alma-Ata Bəyan­naməsinə əsasən tanımırlarsa, bu, o deməkdir ki, sülh heç vaxt olmayacaq”. 

***

Erməni baş nazirin ikiüzlüyünə tarixin ən böyük siyasi dələduzları da paxıllıq edə bilərlər. Deməli, o, əvvəlki mövqeyin­dən geri çəkilir. Buna bəhanə də uydurub: Azərbaycan Ermənistanın müstəqilliyini tanımırsa, Ermənistan da Azərbaycanın suveren haqlarını tanımır. Yəni, o cümlə­dən, Qarabağı da ölkəmizin ərazisi kimi qəbul etmək istəmir. Halbuki, məsələnin konstruktiv qoyuluşu belə olmalı deyildi. Nikol aşkar şəkildə Qərb tənzimlənməsi xəttinə qarşı çıxır. Yəni, ümumən, Cənubi Qafqazda sülhün olmasını istəmir. 

Digər yandan, tutalım, Azərbaycan bildirə bilər ki, Ermənistanın 29,8 min kvadratkilometr ərazidə suveren haq­larını tanıyır. İlk baxışdan, bu, hazırda prinsip etibarilə heç nəyi dəyişmir. Ancaq baş nazir Nikol Paşinyanın əvvəl dediyi o anlama gəlirdi ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiasından geri çəkilir və bu deyimin davamı gəlməli idi, ancaq gəl­mədi. Və indi Paşinyan Azərbaycandan 29,8 min kvadratkilometrlik ərazinin qə­bul edilməsini istəyirsə, deməli, Qarabağ avantürasının davamı “ssenarisində” yal­nız öz təhlükəsizliyini düşünür. Paralel olaraq, bölgədə erməni ambisiyalarının qalacağını göstərir. Nikolun səfehliyi isə ondadır ki, həmin ambisiyaların mövcud­luğu şəraitində Azərbaycanın ona dinclik verəcəyini, yaxud veməli olacağını ağlına gətirir. Çox güman, xarici havadarlarına güvənir. Bütün dünya onun güvəndiyi dağlara qarın necə yağdığını 2020-ci ildə yaxşı gördü... 

Daha bir məqama nəzər salaq. Pa­şinyan 2018-ci ildən danışır. Demək istə­yir ki, 2018-ci ilədək Qarabağ Ermənis­tandakı iqtidarın təsir zonası olub. Həmin ildən sonra isə guya, müstəqilləşib. Sən demə, seçilmiş hakimiyyəti də var imiş. Nikol həmin hakimiyyəti separatçı quru­luş kimi qəbul etmədiyini ortaya qoyur. Nəhayət, Paşinyan göstərmək istəyir ki, Qarabağ müstəvisindəki problem bölgə­nin “seçilmiş hakimiyyəti” ilə Azərbayca­nın arasında olan məsələdir. O zaman sual yaranır: bir halda ki, 2018-ci ildən sonra Qarabağda “seçkili hakimiyyət” olub, 2019-cu ildə “Qarabağ Ermənistan­dır və nöqtə” bəyanatını verən kim idi? 

***

Ermənistan baş nazirinin onsuz da qeyri-ciddi olan siyasətçi obrazına yeni “rəng çalarları” qatan səbəb nədir? Birin­cisi, Paşinyan xəstə erməni cəmiyyətinin revanşist-şovinist baxışlar sisteminə təsir göstərə bilmir. Hazırkı dövrdə onun, bu xəstəliyin ayrı-ayrı təzahürlərinə diqqət yetirib müsbət anlamda ara-sıra söylə­dikləri, dilə gətirdiyi obyektiv reallıqlar, ən yaxşı halda, onun məsələyə ziyalı və publisist münasibətdir, siyasətçi baxışı deyil. Yəni, siyasətçi Paşinyanla jurnalist Paşinyan arasında fərq böyükdür. İkinci xeyli mütərəqqidir. 

Eyni zamanda, bildirməliyik ki, Nikol hakimiyyətini itirməkdən qorxur. Ona görə “Qarabağ kartı”na güc verir. Çalışır ki, xəstə təfəkkürlülərin məntiqi ilə getsin. Özünü daha xəstə adam kimi aparsın. Yəni, Roma papasından daha çox kato­lik olmaq eşqinə düşür. Hesab edir ki, bu ritorika ilə üzərindəki təzyiqlərdən kənar dayanmağı bacaracaq. 

Bəli, Paşinyan Qarabağ müstəvisin­də avantüristlərin qol-qanad açmasına imkan yaradır. Ancaq xəbəri yoxdur ki, obrazlı desək, saat mexanizmli bom­banın üzərində oturub. Çünki hazırda Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilər­də gedən proseslər və son dəyişikliklər əvvəlki Koçaryan-Sarkisyan xuntası xət­tinin gücləndiyini göstərməkdədir. Nikol, bir növ, həmin xuntaya başını qatmaq üçün “yem” verir ki, özünə dəyib-dolaşan olmasın. Nəzərə alaq ki, istefa vermiş Arayik Arutyunyan da Koçaryan-Sarkis­yan qruplaşması ilə bağlı olsa da, zəif idi. Yeni separatçılara gəldikdə isə onlar radikallıqları ilə seçilirlər və daha çox əv­vəlki separatçıbaşılar Arkadi Qukasyanın və Bako Saakyanın xəttinin davamında israrlıdırlar. 

Bəli, N.Paşinyan anlamır ki, Arayi­kin yerinə gələnlər onun özü üçün də təhlükə mənbəyidirlər. Hər bir halda, in­diki vəziyyət onu deməyə əsas verir ki, Nikolun sülh müqaviləsindən, Bakı ilə normallaşma prosesindən yayındıranlar elə Qarabağda gərginliyi artıranların, o cümlədən, yolların açılmasının qarşısına sədd çəkənlərin, sabotajçıların özləridir. Bütün bunlar “Qarabağ kartı” üzərində Ermənistanda hakimiyyət çevrilişinə ha­zırlığın getdiyinin göstəriciləridir. Deməli, tarixin təkrarlanması mümkündür...

***

Sonda onu da deyək ki, Azərbaycan güclüdür. Qarabağ müstəvisindəki oyun­lardan, gizli məqsəd və məramlardan yaxşı xəbərdardır. Ölkəmiz, həmçinin özünün prinsipial dəst-xəttinə sadiqdir. Heç bir halda, mövqeyindən geri çəkil­məyəcək. Paşinyan da yuxarıda göstər­diyimiz qeyri-ciddi və ikiüzlü yanaşmaları ilə heç nəyə nail ola bilməyəcək. 

Ancaq Nikola bir məqamda, belə demək mümkünsə, bəraət qazandırmaq mümkündür. O məqamda ki, özünün gü­csüzlüyünü görür və ona görə Qarabağ amilinin daxili-siyasi ritorikada, o cümlə­dən, separatçılıq xətti üzrə güclənməsinə qarşı çıxmağı bacarmır. Çalışır ki, yara­nacaq yeni durumda Azərbaycan sərt tədbirlərə əl atsın. Bir halda ki, avantüriz­mi xoşluqla aradan qaldırmaq mümkün­süzdür, o zaman güc dövriyyəyə girməli­dir. Necə ki, 2020-ci ildə girdi... 

Ancaq qeyd etdiyimiz, necə deyərlər, bəraət məqamı çıxış yolu sayıla bilməz. Çıxış yolu prinsipial davranmaq, sözünün üstündə dayanıb sülh missiyasını davam etdirməkdir. Nikol və tərəfdarları onu da düşünməlidirlər ki, siyasət uşaq oyunu deyil. Bu meydanda yol verilən heç bir səhv cəzasız qalmır. Bu gün Azərbay­can əsgəri çox rahatlıqla Ermənistan adlanan ərazini görürsə, onun gördüyü, eyni zamanda, Qarabağdakı separatçılıq meyillərinin davamına dəstək verən, onu təchiz edən ərazidir. O ərazinin müstəqil dövlət olub-olmamasının hansısa əhə­miyyəti yoxdur. Təhlükə gələn yerlər məhvə məhkumdur.

Deməli, belə nəticəyə gəlirik ki, Azər­baycan əsgərinin gözlə gördüyü, müşa­hidə apardığı ərazini, yəni Ermənistanı dövlət kimi tanımamağımızın səbəbi var. Digər tərəfdən, bir ölkənin ki, on min hər­bçisi Qarabağdadır, deməli ona təhlükə mənbəyi, hədəf kimi baxmağımız leqal­dır. Yaxşı olar ki, nəinki N.Paşinyan və tərəfdarları, komandasının üzvləri, bütöv­lükdə, erməni siyasi istableşmenti, bu ca­meənin tör-töküntüləri mövcud məqamı çox ciddi şəkildə, özü də təxirə salmadan düşünsünlər. Çünki vaxt daralır. Sabah düşünmək şansı olmaya da bilər. 

Ə.CAHANGİROĞLU, XQ

Siyasət