Son hərbi təxribatın məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür

post-img

Son 2 gündə Ermənistan silahlı qüvvələri iki ölkənin təmas zonasında növbəti hərbi təxribata əl atıb. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi mətbuata açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində­ki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-ların­dan və atıcı silahlardan istifadə etmək­lə atəş açıblar. Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkil­də törədilmiş bu təxribat nəticəsində 3 hərbi qulluqçumuz yaralanıb.

Ermənistan tərəfindən ölkə daxi­lində gərgin siyasi-ictimai vəziyyət­dən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılma­lıdır. Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.

XİN-in məlumatında qeyd edilir ki, Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması is­tiqamətində bütün lazımi tədbirləri gör­məyə davam edəcək.

XQ

Siyasət