İcma: Aİ-nin Ermənistandakı missiyasının patrul apardığı ərazilərin əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir

post-img

Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rotun Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanatına dair açıqlama yayıb.

İcmadan daxil olan açıqlamada M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinmək tələb edilib. “M.Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı missiyasının patrul apardığı ərazilərin əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir. Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır”, - deyə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Siyasət